“Oruç Reis” gəmisinin fəaliyyət müddəti uzadılıb

“Oruç Reis” gəmisinin fəaliyyət müddəti uzadılıb

Müstəqil.Az xəbər verir ki, gəminin sözügedən ərazidə fəaliyyəti 15 iyun 2021-ci il tarixinədək uzadılıb.

“Oruç Reis” gəmisinin daha əvvəl 29 noyabr 2020-dək bölgədə fəaliyyət göstərəcəyi bəyan edilmişdi.

“Oruç Reis” kəşfiyyat-axtarış gəmisi kontinental sahə və təbii resurs axtarışları başda olmaqla, 2 və 3 ölçülü bir sıra araşdırmalar aparmaq imkanı olan mexanizmlərə malikdir. Belə ki, gəmi 8 min metr dərinliyə qədər 3 ölçülü, 15 min metr dərinliyə qədər isə 2 ölçülü seysmik əməliyyatlar reallaşdırır. “Oruç Reis” dünyada tam təchizatlı və çoxməqsədli nadir araşdırma gəmilərindən biridir.

Müstəqil.Az

mənbə:”Seanews.az”

Share: