“Oruç Reis” kəşfiyyat-axtarış gəmisi Aralıq dənizinin şərqində…

AZƏRTAC -ın məlumatına görə “Oruç Reis” seysmik gəmisi kontinental sahə və təbii qaynaq axtarışları başda olmaqla, 2 və 3 ölçülü bir sıra araşdırmalar aparmaq imkanı olan mexanizmlərə malikdir. Belə ki, bu gəmi 8 min metr dərinliyə qədər 3 ölçülü, 15 min metr dərinliyə qədər isə 2 ölçülü seysmik əməliyyatlar reallaşdırır. “Oruç Reis” dünyada tam təchizatlı və çoxməqsədli nadir araşdırma gəmilərindən biridir.

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fateh Dönməz “Oruç Reis” seysmik araşdırma gəmisinin yeni xidmətinə başlamaq üçün çıxdığı Antalyadan artıq Aralıq dənizinin şərqinə çatdığı barədə məlumat verərək bildirib ki, Türkiyənin enerji təhlükəsizliyini qorunmaq üçün Aralıq və Qara dənizlərində işlər fasiləsiz olaraq davam edəcək.

Müstəqil.Az

Share: