“Oskar” üçün tələblər dəyişəcək

“Oskar” üçün tələblər dəyişəcək

ABŞ Kino Akademiyası 2025-ci ildən etibarən Ən Yaxşı Film kateqoriyasında Oskara namizəd olmaq üçün tələbləri dəyişəcək.

Kulis.az xəbər verir ki, bu barədə “The Hollywood Reporter” jurnalı məlumat yayıb.

Yeni qaydalara görə, Ən Yaxşı Film nominasiyasında yalnız bir həftədən çox kinoteatrlarda nümayiş olunan filmlər seçilə biləcək.

Qeyd olunub ki, bu kinoteatrları dəstəkləmək və onların əhəmiyyətini artırmaq üçün qəbul edilib.

Share: