Oskarlı aktrisa Nazim Hikmətin şeirini oxudu

Oskarlı aktrisa Nazim Hikmətin şeirini oxudu

Oskar mükafatı laureatı britaniyalı aktrisa Olivia Kolman Londonda Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə yardım gecəsinə qatılıb. Gecədə Kolman dünya şöhrətli türk şairi Nazim Hikmətin “Yaşamağa dair” şeirini oxuyub.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, dünən axşam İngiltərənin paytaxtı Londondakı Royal Albert Hall konsert salonunda War Child və Türkiyə Mozaika Fondunun əməkdaşlığı ilə Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlər üçün xeyriyyə konserti keçirilib.

‘The Crown”, ‘The Favourite” ve ‘”Fleabag” kimi film və seriallarla tanınan Oskar mükafatlı aktrisa Oliviya Kolman da qonaqlar arasında olub .Gecədə səhnəyə çıxan Kolman Nazım Hikmətin “Yaşamağa dair” şeirinin ingiliscə tərcüməsini oxuyub.

Share: