Ostin və Qallant təhlükəsizlik sahəsində gələcək yardımı müzakirə ediblər

Ostin və Qallant təhlükəsizlik sahəsində gələcək yardımı müzakirə ediblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ müdafiə naziri Lloyd Ostinlə israilli həmkarı Yoav Qallant arasında telefon danışığı olub.

Bu barədə Pentaqonun mətbuat katibi Petrik Rayder bildirib.

Qeyd olunub ki, tərəflər təhlükəsizlik sahəsində gələcək yardımı müzakirə ediblər.

Bununla yanaşı, Pentaqon rəhbəri israilli həmkarına oktyabrın 21-də Qəzza zolağına humanitar konvoyun göndərilməsində İsrailin roluna görə təşəkkürünü bildirib və mülki əhalinin qorunmasının vacibliyini vurğulayıb.

Mənbə: Defense.gov

Share: