Ötən il ərzində Azərbaycana gələn turistlərin 1 milyon 902 min 431-i isə özünün buradakı evində gecələyib.
“-Economics”in Azərbaycan Dövlət Turizm Agentliyinin hesabatlarına istinadən xəbərinə görə, 2023-cü ildə Azərbaycana gələn turistlərin 665 min 732 nəfəri isə kirayə mənzillərdə gecələyiblər.
Agentliyin məlumatına əsasən ötən il Azərbaycana gələn turistlərin böyük əksəriyyəti hoteldə gecələməyə üstünlük veriblər. Belə ki, ötən il ərzində Azərbaycana gələn turistlərin 2 milyon 38 min 844 nəfəri gecələmək üçün hotellərə üz tutublar. 1 milyon 747 mindən artıq turist isə qohum-əqrəbalarının evində gecələməyə üstünlük veriblər.