Ötən il “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əldə etdiyi iqtisadi gəlirlər fonunda dövlət büdcəsinə vergi və sosial köçürmələr formasında ödənişlər də davam etdirilib. Belə ki, 2023-cü il ərzində “AzerGold” QSC və törəmə şirkətlər tərəfindən ümumilikdə 38.4 milyon manat vergi ödənilib.
“-Economics”in xəbərinə görə, bunu “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, hesabat ilində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 7.6 milyon manat ödəniş edilib.