Ötən il ərzində Azərbaycanda dəmir yolunda qatarın qarşısına qəfil insan çıxması nəticəsində 16 qəza baş verib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) “-Economics”ə verilən məlumata görə, qeyd olunan qəzalar nəticədə 9 nəfər ölüb, 7 nəfər yaralanıb.
“Bütün hadisələrə piyadaların dəmiryol xətlərini keçərkən diqqətsiz davranması səbəb olub”, – məlumatda qeyd olunur.
Məlumata görə, 2022-ci ildə isə 23 belə hadisə qeydə alınıb, 13 nəfər ölüb.
“ADY bu cür halların yaşanmaması üçün maarifləndirmə işlərini bu il də davam etdirir, piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, qəflətən qatarın yoluna çıxmamağa çağırır”, – məlumatda vurğulanır.