Bizim hərbi potensialımız da möhkəmləndi.
Müstəqil.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bildirib.
“Keçən il bir çox silahlar, sursatlar, hərbi texnika alınmışdır və Azərbaycanda istehsal olunmuşdur. Təsadüfi deyil ki, Azərbaycan Ordusu hərbi potensialına, maddi-texniki təchizatına və döyüş qabiliyyətinə görə dünyada 52-ci yerdədir. Keçən il əldə edilmiş nəticələr, o cümlədən hərbi şəhərciklərin tikilməsi, təmiri, yeni müasir texnika ilə təchizat məsələlərinin həlli bizim hərbi gücümüzü daha da artırmışdır”, – dövlət başçısı qeyd edib.
Müstəqil.Az