Otel uçan torpağın altında qaldı: 7 ölü, 7 yaralı

İndoneziyada sürüşmə nəticəsində topraq kütəlisi mehmanxananın üstünə uçub. Müstəqil.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin Şimali Sumatra vilayətində qeydə alınıb. Hadisə nəticəsində 7 tələbə həyatını itirib. Daha 7 nəfər isə xəsarət alıb.

Yerli xilasetmə xidmətinin nümayəndəsinin sözlərinə görə, tələbələr sürüşmə zamanı Karo dairəsində yerləşən hoteldə olublar: “Onlar səyahət edən universitet tələbələri idi”.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Share: