28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2022-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin adları açıqlanıb.
Müstəqil.Az-a Dövlət Dəniz və Liman Agentliyindən verilən məlumata görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən birinci yerə layiq görülən müəssisələr sırasında yer alıb.
“Sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasında ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda müsabiqə 2009-cu ildən etibarən hər il keçirilir. Məqsəd işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, bu sahəyə cavabdeh olan şəxslərin məsuliyyətinin artırılması, həmçinin işəgötürənlərin əməyin mühafizəsi məsələlərinə daha diqqətlə yanaşmasına nail olmaqdır.
Müstəqil.Az