Nurlana Umudvar
Türkiyədə zəlzələdə Hatay Altınüzü kəndində günlərlə gözlədikdən sonra həyat yoldaşını və 3 uşağını itirən Şərif Ölməzə ithaf olunur
Sənə peçenye saxlamışam, qızım
üşümürəm, acmamışam,
möhkəm ol, qızım…
burda çökmüş binaların üstündə
gözləyirəm səni…
əlimlə isidirəm donmuş peçenyeləri
deyirdin, paylaşmaq nədir, ata?
hadi çıx da, paylaşaq, qızım,
cibimdəki peçenyələri…
ömrümüzün qalanını,
qarşıdan gələn baharı…
ovulur axı əlimdə peçenyelər…
2023-cü il, fevral.