Oxatan bürcündəki ulduz toplusunun şəkli yayıldı – FOTO

Oxatan bürcündəki ulduz toplusunun şəkli yayıldı – FOTO

NASA-nın “Hubble” kosmik teleskopu unikal foto çəkib.

O, bu dəfə Oxatan bürcündə yerləşən NGC 6530 ulduz toplusunu təsvir edib.

Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

NGC 6530 Yerdən 4 min işıq ilindən çox məsafədə yerləşən bir neçə min ulduzdan ibarət topludur. O, nəhəng qaz və toz buludu olan Laqun dumanlığının içərisində yerləşir.

Şəkil “Advanced Camera for Surveys və Wide Field Planetary Camera 2” kameralarından istifadə edilməklə çəkilib.

Alimlər bu görüntülər sayəsində ulduzların doğulması prosesinin başlanğıcını göstərən proplodların yeni nümunələrini tapmağa ümid edirlər.

Mənbə: rbc.ua

Share: