Azərbaycanın Baş naziri Əli Əsədov avqustun 25-də Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində Çolpon-Ata şəhərində Belarusun Baş naziri Roman Qolovçenko ilə görüşüb.
Bu barədə Nazirlər kabineti məlumat yayıb.
Görüşdə Azərbaycanla Belarus arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə edilib.
Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.