Ərdoğandan xəbərdarlıq: “Terrorçular onları gözləyən acı taledən xilas ola bilməyəcəklər”

“İŞİD-lə mübarizə bəhanəsi ilə terror təşkilatına dəstək verənlər tökülən hər damla qanda da ortaqdırlar”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyanın Bali adasında İstanbuldakı hücumla bağlı jurnalistlərə açıqlamasında deyib.

O, Türkiyənin terrora qarşı ədalətli mübarizəsində bütün dost və müttəfiqlərdən səmimi dəstək gözlədiyini bəyan edib.

“Biz terror təhlükəsini mənbəyində aradan qaldırmaq strategiyamızı qətiyyətlə həyata keçirməyə davam edəcəyik. Nə edirlərsə-etsinlər, kimin arxasında gizlənirlərsə-gizlənsinlər, terrorçular onları gözləyən acı taledən xilas ola bilməyəcəklər. Bir daha vurğulamaq istərdim ki, ölkəmizin və regionumuzun gələcəyində terrorun heç bir formasına yer yoxdur”, – deyə Türkiyə lideri əlavə edib.

Mənbə: “Anadolu” Agentliyi

Share: