10 yaşlı cəsur uşaq anasının xilası üçün transplantasiya əməliyyatı oldu

10 yaşlı cəsur uşaq anasının xilası üçün transplantasiya əməliyyatı oldu

Çində məktəbli oğlan leykozdan əziyyət çəkən anası üçün sümük iliyi donoru olub. Ailə üzvləri arasında yeganə onun toxumaları qadınınkı ilə uyğun gəlib. Həkimlər əminlik üçün uşaqdan 30-dan çox analiz götürüblər.

Əməliyyatdan bir neçə gün əvvəl qanın kök hüceyrələrini hərəkətə gətirmək üçün uşağa yeddi iynə vurulub. Çox vaxt pasiyentlər bundan sonra möhkəm ağrı və digər xoşagəlməz yan təsirlərlə qarşılaşırlar.

“Qorxdummu? Xeyr! Qorxu hiss etmirəm, xüsusən indi atam yanımdadır. Bilirəm ki, əməliyyat təxminən üç saat çəkəcək, bu da kifayət qədər azdır. Anamı xilas etmək üçün hər şeyi etməyə hazıram”, – deyə Cao Xuanyi bildirib.

Transplantasiya uğurlu keçib. Həkimlər qadına sümük iliyini köçürüblər. Hazırda cəsur oğlanın anası növbəti mərhələni gözləyir: Həkimlər qadının orqanizminin özünün sağlam qan hüceyrələrini istehsal etməsi üçün “məşq etdirəcəklər”.

Mənbə: Asia One

Share: