14 yaşlı yeniyetmənin sağlamlığına qovuşması üçün 800 manata ehtiyacı var

14 yaşlı yeniyetmənin sağlamlığına qovuşması üçün 800 manata ehtiyacı var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

14 yaşlı yeniyetmənin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a Nurəli Baxşəliyevin anası Aytən Baxşəliyeva məlumat verib.

O bildirib ki, övladı dörd ildir böyrək çatışmazlığından əziyyət çəkir.

“Biz özümüz Sabirabad rayonunda yaşayırıq. Dörd il əvvəl övladımın böyrək çatışmazlığından əziyyət çəkdiyini öyrəndik. Övladımın xəstəliyini bildiyimiz ilk gündən müalicələrini etdirsək də, artıq tükənmişik. Nurəlidən başqa, balaca bir qızım var. Övladlarıma görə mən işləyə bilmirəm, yoldaşım isə fəhlə işləyir. Bəzən olur, günlərlə evə pul gətirə bilmir. Nurəlini müalicə üçün İrana aparmalıyıq. Bunun üçün lazım olan 4 000 manatın 3 200 manatını toplasaq da, 800 manatımız hələ də çatmır. Yardımsevər şəxslərdən mənim övladıma dəstək olmalarını xahiş edirəm”.

Kart nömrəsi: 5243 7544 4798 4145

Ailə ilə əlaqə: (070) 553-96-41

Share: