1997-ci il təvəllüdlü Baləliyeva Nərmin Mübariz qızı qeysəriyyə əməliyyatı zamanı çox qan itirdiyinə görə komaya düşüb.
Müstəqil. Az bildirir ki, bu barədə Oxu.Az-a onun anası Ağayeva Gülnarə məlumat verib.
O qeyd edib ki, 25 yaşlı övladının qanaxma zamanı beyni hipoksiyada qalıb (hissiyyat itkisi, baş gicәllәnmә, şüurun qismәn, sonra isә tamamilә itmәsi) və ciddi zədələnib:
“Qızım hazırda özəl klinikalardan birində reanimasiyadadır. Yeni doğulmuş körpəsi isə küvəzdədir. Nərminin yaşaması üçün əlimizdən gələni etdik amma artıq maddi olaraq tükənmişik. Onun bir gün üçün reanimasiyada qalma xərcləri 2 000 manatdır. Həkimlər bildirirlər ki, qızımın yaşaması üçün şans var. İmkanlı şəxslərdən xahiş edirəm Nərminimin balasına qovuşması üçün bizə kömək olsunlar”.
Müstəqil. Az