“Dədəm evə gəldi, anama dedi ki, Səhnəni dayımın oğluna verdim. O vaxtlar avamlıq dövrü idi. İndi camaatın gözü açılıb”.
Bunu Baku TV-nin efirində Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində yayımlanan verilişdə 92 yaşlı Səhnə nənə deyib.
O, verilişdə atası tərəfindən necə zorla evləndirilməsindən bəhs edib:
“Məni də bir müəllim istəyirdi. Dedim getməyəcəyəm. Ağlaya-ağlaya verdilər məni. Təndirin yanında oturub ayağımı sallamışam. Böyük baldızım gəldi. Mən də ağlayıram. Kəlağayını başıma atdılar, kasıbçılıq dövrü idi, üzük də yox idi. Verdilər məni o kişiyə”.
Daha ətraflı süjetdə: