ABŞ Əfqanıstandakı bəzi problemlərin həllinə 150 milyon dollar ayıracaq

ABŞ Əfqanıstandakı bəzi problemlərin həllinə 150 milyon dollar ayıracaq

ABŞ hökuməti Əfqanıstanda qadın və qızların hüquqlarını dəstəkləmək, təhsil imkanlarını genişləndirmək və ərzaq təhlükəsizliyini yaxşılaşdırmaq üçün 150 milyon dollar ayıracaq.

Bu barədə şənbə günü Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays “Twitter” səhifəsində məlumat verib.

“Birləşmiş Ştatlar ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə Əfqanıstana göstərilən dəstəyi genişləndirir və ərzaq təhlükəsizliyi problemlərinin həlli üçün 80 milyon dollar, əfqan uşaqlarının təhsil hüquqlarını dəstəkləmək üçün 40 milyon dollar, qadın və qızların ictimai həyatda iştirakını artırmaq üçün 30 milyon dollar ayrıldığını elan edir”, – Prays qeyd edib.

ABŞ Beynəlxalq İnkişaf Agentliyindən bildirilib ki, bu vəsaitlər BMT bazasında fəaliyyət göstərən müvafiq fondlar və təşkilatlar vasitəsilə bölüşdürüləcək.

Mənbə: TASS


Share: