ABŞ-nin federal hakimi kolleqiyanın çağırışlarına məhəl qoymayaraq istefa verməkdən imtina edir.
Paulin Nyuman hələ 1984-cü ildə prezident Ronald Reyqan tərəfindən öz vəzifəsinə təyin edilib. O vaxtdan bəri qadın Federal Dairə üzrə Birləşmiş Ştatların Apellyasiya Məhkəməsinin üzvüdür.
Hazırda Nyuman ABŞ-də ən yaşlı federal hakim olaraq qalır və əqli mülkiyyət üzrə ekspert hesab olunur.
95 yaşlı qadın israr edir ki, o, hələ də gənc həmkarları kimi işlə məşğul olmaq və məhsuldarlıq göstərmək iqtidarındadır. Nyuman bu yaxınlarda onun əqli qabiliyyətini şübhə altına alan və vəzifədən getməsini tələb edən hakimlər kollegiyasından şikayət edib.
Məhkəmə işçilərinin sözlərinə görə, hakim kompüter və internetdən istifadə edə bilmir. Nyumanın çoxdankı tanışları onun çaşqınlığını, unutqanlığını, narahatlığını və konsentrasiyasının az olduğunu qeyd edirlər.
Mənbə: gazeta.ru