ABŞ əsgərləri kanalizasiya suları ilə dolu iyrənc kazarmalarda yaşayırlar.
Bu barədə Amerika hökumətinin hesabatında məlumat verilib.
“Obyektlərin birində hərbi qulluqçular bioloji tullantıların təmizlənməsinə cavabdehdirlər”, – deyə materialda açıqlama verilib.
Verilən məlumata görə, Amerika ordusunun kazarmaları çox dəhşətli vəziyyətdədir: kif, çirkli döşəmələr, tarakan və siçan axını. Kanalizasiya aşıb-daşır, kranlardan isə çirkli qəhvəyi su axır.
Jurnalistlərin fikrincə, belə şəraitdə yaşamaq döyüşçülərin psixi sağlamlığına təsir edir və onları qadağan olunmuş maddələrdən istifadəyə təhrik edir.
Mənbə: Business Insider