ABŞ-də onminlərlə insan səhrada ilişib qalıb

ABŞ-də onminlərlə insan səhrada ilişib qalıb

ABŞ-nin Blek Rok səhrasında gözlənilməz yağış yağıb.

Leysan məşhur “Börninq Men” festivalı üçün əraziyə toplaşmış onminlərlə insana çətinliklər yaradıb.

Belə ki, yolların palçıqlı və keçilməz olması səbəbindən onlar səhranı tərk edə bilmirlər. Bu azmış kimi, tədbir iştirakçıları və qonaqlar ənənəvi sənət yürüşləri təşkil etmək imkanından da məhrum olublar.

Təşkilatçılar yağışın daha bir neçə gün davam edəcəyini deyir və içməli suya qənaət etməyə çağırırlar.

Mənbə: news.ru

Share: