ABŞ dəniz piyadaları döyüş meydanında robot itlərdən istifadə etməyi planlaşdırırlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ dəniz piyadaları korpusu daha sonra döyüş meydanına göndərilə biləcək yeni nəsil robot itləri sınaqdan keçiriblər.

Verilən məlumata görə, dəniz piyadaları robot itlərin gələcəkdə əsgərlərin mobilliyini və təhlükəsizliyini artıracağına ümid edirlər.

Piyada qoşunu dəniz piyadalarının GOAT ləqəbi verdiyi daxili süni intellektə malik “Unitree Go1” robot itini test edib.

GOAT dəniz piyadalarına ağır yüklərin daşınmasında, kəşfiyyatda, uzaq və təhlükəli ərazilərdə atəş dəstəyinin təmin edilməsində kömək etmək üçün nəzərdə tutulub. O, səsli əmrləri yerinə yetirə və saatda 10 mil (16 km) sürətlə qaça bilir.

GOAT robot iti hərbçilərin sınaqdan keçirdiyi yeganə robot it deyil. ABŞ ordusu, eyni zamanda “Boston Dynamics Spot” robotuna əsaslanan “Legged Locomotion and Movement Adaptation” (LLAMA) adlı oxşar cihazı sınaqdan keçirib. LLAMA 400 funta (təxminən 181 kq) qədər ağırlıqda avadanlıq daşıya və səsli əmrləri yerinə yetirə bilir.

Mənbə: Fox News

Share: