ABŞ-ın Şimali Karolina ştatının Çapel Hill şəhərindəki Əziz Səncər adına Türk Mədəniyyət Mərkəzində azərbaycanlı rəssam Lalə Bağırzadənin sərgisi açılıb.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, Şimali Karolina ştatında yaşayan soydaşımızın “Unikal, lakin eyni” adlı sərgisində bənzərsiz xasiyyətə malik qadınlar əks olunub.
İyulun 29-dan açılan sərgi avqustun 31-dək davam edəcək.
Qeyd edək ki, Lalə Bağırzadə Azərbaycanda anadan olub. Təbiətə marağı onu rəssamlığa sövq edib. ABŞ-a köçdükdən sonra kənd təsərrüfatı üzrə fəlsəfə doktoru dərəcəsini alıb. Bununla yanaşı, rəssamlıq arzusundan da vaz keçməyib. 2020-ci ildə Şimali Karolinanın Akvarelistlər Cəmiyyətinin (Watercolor Society of North Carolina) “Biz hamımız birlikdə zəncirlənmişik” adlı sərgisində birinci mükafatı qazanıb. Hazırda soydaşımız həmin cəmiyyətin sərgi direktoru kimi fəaliyyət göstərir.