ABŞ-ni hazırda kim idarə edir? Yaddaşını itirmiş Co Bayden deyil

ABŞ-ni hazırda kim idarə edir? Yaddaşını itirmiş Co Bayden deyil

“ABŞ-nin əsl prezidenti Cill Baydendir”.

Bu barədə konqresin keçmiş əməkdaşı, geosiyasi analitik Brandon Veyxert “19fortyfive” üçün yazdığı məqalədə bəyan edib.

O, bunu ölkənin birinci xanımının ərinə təsir etməsi ilə izah edib.

Veyxert  ölkə lideri Co Baydenin administrasiyasındakı digər güc mərkəzlərini unutmağa çağırıb. Onun fikrincə, Cill Baydenin ölkənin seçilməmiş ilk qadın prezidenti olması elektoratı qorxutmalıdır.

İcmalçı adı açıqlanmayan mənbəyə istinad edərək bildirib ki, birinci xanım Ağ Evdə ərinin görüşlərində iştirak edir, hesabatları dinləyir və suallar verir.

“Bu, taxtın arxasında duran əsl gücdür. Buna görə də getdikcə aşkar şəkildə zehni və fiziki zəifləyən Co Bayden kimi bir adam hələ də fiqur kimi saxlanılır: Çünki o, Cill Bayden üçün imkanlar yaradır”, – deyə müəllif vurğulayıb.

O əlavə edib ki, prezidentin xanımı qərarları səsləndirmir, ancaq söhbəti formalaşdırır və hər şeyin ona lazım olan kimi inkişaf etməsinə əmin olur.

Müşahidəçi vurğulayıb ki, Cill Bayden ərinə ABŞ prezidentliyini tərk etməyə icazə verərsə, o, faktiki səlahiyyətlərini, eləcə də Ağ Evə giriş üçün nüfuzlu dairələrin nümayəndələrinin ona ödədiyi vəsaiti itirəcək.

Mənbə: Lenta.ru

Share: