Gənclər arasında hərbi xidmətin nüfuzunun aşağı düşməsi səbəbindən ABŞ ordusu yeni çağırışçıların çatışmazlığı ilə üzləşib.
Bu barədə Pentaqonun statistikasına istinadən məlumat yayılıb.
Belə ki, hazırda 16-21 yaş arası gənc amerikalıların yalnız 9%-i orduda xidmət etmək arzusunu ifadə edirsə, koronavirus pandemiyasından əvvəl bu rəqəm 13% idi.
Məlumata görə, hərbi xidmətin populyarlığının azalmasına səbəb ABŞ-nin İraq və Əfqanıstanda 20 il ərzində böyük hərbi qələbələr qazana bilməyən müharibəsi, eləcə də əsgərlərə mənzil və tibbi xidmətin keyfiyyətsizliyi, aşağı rütbələr üçün aşağı maaşlar, eləcə də hərbi qulluqçular arasında daha tez-tez posttravmatik stress pozğunluğu və intihar halları ilə bağlı qalmaqallar olub.
Mənbə: TASS