“ABŞ Prezidenti Co Baydenin SARS-CoV-2 antigen testi mənfi çıxıb. Prezident özünü çox yaxşı hiss edir”.
Bu barədə Co Baydeni müalicə edən həkim Kevin O’Konnorun təqdim etdiyi nəticədə qeyd olunub.
Həkimin rəyi Ağ Evin rəsmi saytında dərc edilib.
Xatırladaq ki, iyulun 27-də Bayden COVID-19 üçün iki mənfi test nəticəsi almışdı.
Lakin bir neçə gün sonra, iyulun 30-da ABŞ prezidentinin koronavirus üçün antigen testi müsbət çıxdığı üçün o, yenidən karantinə qayıdıb.
İyulun 30-da ABŞ prezidentinin koronavirus üçün antigen testi müsbət çıxıb.
Mənbə: whitehouse.gov