ABŞ sakini Filippində müəmmalı xəstəliyə tutulub

ABŞ-li Armando Ramos Filippinə səfəri zamanı müəmmalı xəstəliyə tutulub və hazırda həyatı ilə mübarizə aparır.

Verilən məlumata görə, o, ailə məsələsi ilə əlaqədar bu ölkəyə gedib. Əvvəlcə o, qripə bənzər simptomlar – yorğunluq və boğaz ağrısı ilə qarşılaşıb və sonra xəstəxanaya yerləşdirilərək süni tənəffüs aparatına (STA) qoşulub. Xəstəxanaya yerləşdirildikdən sonra onun vəziyyəti pisləşib. Həkimlər ona pnevmotoraks, beynin iltihabı, ürək və qaraciyərdə ağırlaşmalar diaqnozu qoyub və onda böyrək çatışmazlığının ilk əlamətlərini aşkar ediblər.

Qeyd olunur ki, Ramosda nə koronavirus, nə də qrip aşkarlanmayıb:

“Bu bir sirrdir, biz onda nə baş verdiyini bilmirik”.

“Pandemiya zamanı kimsənin nə edəcəyini bilməməsi kimi bu da qorxuludur. Siz sadəcə simptomları aradan qaldırırsınız, lakin onların səbəblərini başa düşmürsünüz”, – deyə xəstənin qızı Emma jurnalistlərlə bildirib.

Mənbə: People

Share: