ABŞ Müdafiə Nazirliyi tezliklə “M1A1 Abrams” tanklarından döyüşlərdə istifadə etmək üçün Ukrayna hərbçilərinə təlimlərə başlayacaq.
Bu barədə Pentaqonun yüksəkrütbəli sözçüsü bildirib.
Onun sözlərinə görə, hazırlıqlar hələ başlamayıb – departament lazımi avadanlığın əldə edilməsi üçün işləri hələ davam etdirir.
Ukraynanın hərbi Silahlı Qüvvələrinin təliminə nisbətən yaxın vaxtlarda başlanacağı gözlənilir.
Qeyd edək ki, mart ayında ABŞ-nin müdafiə naziri Lloyd Ostin Vaşinqtonun Kiyevi Pentaqonun arsenalından “Abrams” tankları ilə təmin edəcəyini bildirib.
Pentaqonun sözçüsü Patrik Rayder də 65 ukraynalı hərbçinin “Patriot” zenit-raket komplekslərinin istifadəsi üzrə təliminin başa çatdığını açıqlayıb. Bundan əlavə, Rayderin sözlərinə görə, ABŞ bu günə qədər təxminən 7 min, Birləşmiş Ştatların müttəfiqləri (26 ölkə) isə 11 mindən çox Ukrayna əsgərinə hərbi təlim keçib.
Mənbə: Gzeta.ru