ABŞ vətəndaşı Azərbaycan dilində müsahibə verdi: “Bölgələri gəzərək dili öyrəndim”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

16 ildir bütün həyatını Azərbaycanla bağlayan, ABŞ vətəndaşı Nil Viliams buradan getməyi ağlına belə gətirmədiyini bildirib.

O qeyd edib ki, 2007-ci ildə ölkəyə hansı vurğunluqla gəlmişdisə, indi də eyni həvəslə çalışır.

Amerika Birləşmiş Ştatlarından olan Nil, Norveçin humanitar təşkilatının xətti ilə Azərbaycan bölgələrində işləyir. Məqsəd ev təsərrüfatlarında əl işlərinin istehsalını stimullaşdırmaq, məşğulluğa dəstək verməkdir.

“Buradan getmək mənim üçün çox çətin olardı. Çünki, ürəyim Azərbaycanladır. Əvvəllər biz satışın yalnız bölgələrdəki turistlərə edilməsini planlasaq da, sonda əlavə dəstək üçün İçərişəhərdə suvenir dükanını açmalı olduq. Layihənin ilk illərində vəziyyəti öyrənmək üçün bölgələri qarış-qarış gəzib Azərbaycan dilini də burada öyrənmişəm”.

Ətraflı İTV-nin süjetində:

Share: