Avropa İttifaqı İrana qarşı sanksiya təzyiqlərini davam etdirəcək.
Bu barədə çərşənbə günü Almaniyanın xarici işlər naziri Annalena Berbok “Twitter” səhifəsində yazıb.
“Məhsa Əmininin öldürülməsindən dörd həftə sonra biz İranda etirazların zorakılıqla yatırılmasına görə məsuliyyət daşıyanlara qarşı Aİ sanksiyaları tətbiq etdik. Biz növbəti sanksiyalar paketi üzərində işləyirik. Gələn həftə onu qəbul etmək istəyirik”, – deyə XİN rəhbəri bildirib.
4 Wochen nach dem Tod Jina Mahsa Aminis haben wir EU-Sanktionen erlassen – gegen jene, die für die brutale Niederschlagung der Proteste in #Iran verantwortlich sind. Wir arbeiten mit Hochdruck am nächsten Sanktionspaket. Nächste Woche wollen wir es verabschieden. 2/3
— Außenministerin Annalena Baerbock (@ABaerbock) November 9, 2022
Mənbə: TASS