Alman fəallar soyunaraq Şoltsa etiraz etdilər

Alman fəallar soyunaraq Şoltsa etiraz etdilər

Avqustun 21-də “Açıq qapılar günü” çərçivəsində kansler bağında Almaniya hökuməti başçısı Olaf Şoltsla fotosessiya təşkil olunub.

Siyasətçinin yanına getməzdən əvvəl mühafizəçilər şəkil çəkmək istəyənlərin bütün əşyalarını və ciblərini yoxlayıblar.

Kanslerlə şəkil çəkdirmək adı altında iki qız Şoltsa yaxınlaşaraq paltarlarını soyunub. Qızların sinələri üzərində qaz embarqosu əleyhinə şüar yazılıb. Onlar hökumət başçısının qarşısına boyalı əskinasları da səpələyiblər.

Mühafizəçilər hadisəyə dərhal reaksiya verərək fəalları sıx halqaya alıb və onları ərazidən uzaqlaşdırıblar. Digər təhlükəsizlik işçiləri səpələnmiş əskinasları bir neçə saniyə ərzində toplayıblar.

Kansler narahat olmadan, qısa fasilədən sonra fotosessiyaya davam edib.

Mənbə: gazeta.ru

Share: