Almaniya Bundesliqası: “Borussiya” büdrədi

Almaniya Bundesliqası: “Borussiya” büdrədi

“Borussiya” (Dortmund) Almaniya Bundesliqasının II turunda xal itkisi ilə üzləşib.

Oxu.Az xəbər verir ki, komanda səfərdə “Boxum”la bacarmayıb – 1:1.

Hesabı 13-cü dəqiqədə meydan sahiblərinin heyətində Kevin Ştoqer açıb. 56-cı dəqiqədə Donyel Malen “Borussiya”nı məğlubiyyətdən xilas edib.

Hazırda dörd xalı olan Dortmund klubu dördüncüdür. İlk xalını qazanan “Boxum” 13-cüdür.

Faiq Tahirov

Share: