Almaniya kansleri: “Biz Rusiyanın diktə etdiyi sülhü qəbul etməyəcəyik”

Almaniya kansleri: “Biz Rusiyanın diktə etdiyi sülhü qəbul etməyəcəyik”

“Əgər müharibənin real şəkildə bitməsini istəyirsinizsə, Kremlin şərtləri əsasında sülhü qəbul edə bilməzsiniz”.

Bu barədə Almaniya Federal Kansleri Olaf Şolts BMT Baş Assambleyasında çıxışı zamanı bildirib.

Şolts dünya nizamının qorunmasının vacibliyini vurğulayıb. Eyni zamanda bu nizamın “ən güclünün hüququ”na deyil, qanun-qaydalara əsaslanmasının vacibliyini qeyd edib.

Kansler əlavə edib ki, bu prinsiplər pozulduğu bir zamanda ölkələr hadisələrdən kənarda qala bilməzlər.

Şolts Rusiyanın Ukraynaya qarşı müharibəsi mövzusuna da toxunub. Kansler Fransa Prezidenti Makronun sözlərini təkrar edib və Putinin hərəkətlərini “açıq-aşkar imperializm” adlandırıb.

“Əgər biz Putinin müharibəsinin bitməsini istəyiriksə, tam olaraq necə bitəcəyinə biganə qala bilmərik. Və buna görə də biz Rusiyanın diktə etdiyi sülhü qəbul etməyəcəyik və heç bir saxta referendumu tanımayacağıq”, – deyə Olaf Şolts qeyd edib.

Mənbə: Yevropeyskaya pravda


Share: