Almaniya kansleri Olaf Şolts fitə basılıb.
Hadisə kanslerin Almaniyanın Brandenburq federal əyalətinin Noyruppin şəhərində çıxışı zamanı baş verib. Nümayişçilər “vətən xaini” və “rədd ol” deyə qışqırıblar.
Məlumatlara görə, nümayişdə “Almaniya üçün alternativ” və “Sol” partiyalarının nümayəndələri iştirak ediblər.
Şoltsun çıxışı zamanı meydanda yüzlərlə insanın olduğu qeyd edilir.
Mənbə: Gazeta.ru