Almaniyada 97 yaşlı nasist katibəyə iki illik həbs verildi

Almaniyada 97 yaşlı nasist katibəyə iki illik həbs verildi

Almaniyada məhkəmə Ştuthof həbs düşərgəsində katibə işləyən 97 yaşlı İrmqard Fürçneri iki illik şərti həbs cəzasına məhkum edib.

Məlumata görə, onun on mindən çox insanın qətlində əli olub.

İstintaqın məlumatına görə, 1943-cü ildən 1945-ci ilə qədər Fürçner düşərgənin rəisi Pol Verner Hoppenin kabinetində çalışıb, orada komendantın yazışmaları ilə məşğul olub, həmçinin digər inzibati vəzifələri yerinə yetirib.

Qadının vəkilləri israr edirdilər ki, onun düşərgədə törədilən qırğından xəbəri olmayıb. Lakin ittiham tərəfi Furçnerin baş verənlərdən tam xəbərdar olduğunu sübut edə bilib.

Qeyd edək ki, Ştuthofda 65 minə yaxın insan həlak olub.

“Baş verən hər şeyə təəssüflənirəm. Mən o vaxt Stuthofda olduğum üçün təəssüflənirəm – deyə biləcəyim tək şey budur”, – Fürçner məhkəmənin sonunda bəyan edib.

İrmqard Fürçnerə qarşı iş 2021-ci ildə başlanıb. O, qaldığı qocalar evindən qaçmağa çalışıb və taksi ilə Hamburqa gedib. Lakin tezliklə orada saxlanılıb.

Mənbə: BBC

Share: