ABŞ-ın Sietl şəhərində Alyaska Hava Yollarına məxsus sərnişin təyyarəsi son anda təhlükədən sovuşub.
Belə ki, təyyarə havaya qalxdıqdan az sonra mühərriki örtən metal panel qopub.
Həmin anlar bir sərnişinin cib telefonunun kamerasında əks olunub.
Görüntülərdə qopan hissənin uçub getdiyi görünür.
Alyaska Hava Yolları tərəfindən verilən açıqlamada təyyarədə 176 sərnişin və 6 ekipaj üzvünün olduğu bildirilib. Təyyarə havaya qalxdıqdan sonra sol tərəfində qeyri-adi titrəyiş qeydə alınıb və hava limanına geri dönüb.
Hadisə zamanı xəsarət alan olmayıb. Sərnişinlərin başqa reysə yerləşdirilib.
Mənbə: Haber Global