Antalyada məscidə ayaqqabı ilə girən turist deportasiya edildi

Antalyada məscidə ayaqqabı ilə girən turist deportasiya edildi

Tükiyənin Antalya bölgəsində rusiyalı turist ölkədən xaric olunub.

Buna səbəb səhər sübh namazı qılınarkən turistin məscidə ayaqqabı və əlində bel ilə girməsi olub.

Tusistin həmçinin sərxoş olduğu anlaşılıb.

O, divardan atılaraq məscidə daxil olub. Məscidin həyətində olan beli də əlinə alıb və ayaqqabı ilə birbaşa məscidə girib. Turistin hərəkətləri mühafizəçilərin diqqətini çəkib.

Məscidə daxil olan mühafizəçilər rusiyalı turisti oradan çıxarıblar.

Həbs edilən turist məhkəmə tərəfindən deportasiya edilib.

Mənbə: Haber Global

Share: