“Apple” şirkətinin rəhbəri Tim Kuk “Twitter” səhifəsində zəlzələdən zərər çəkmiş insanlara şirkət adından yardım edəcəyini vəd edib.
“Türkiyə, Suriya xalqına və dağıdıcı zəlzələlərdən zərər çəkmiş bütün insanlara öz təəssüfmüzü və başsağlığımızı bildiririk. “Apple” ianələri yardım və bərpa üçün istiqamətləndirəcək”, – Tim Kuk yazıb.
Xatırladaq ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Suriya, İraq və Liviyada da qeydə alınıb.
Sending our thoughts and condolences to the people of Turkey, Syria, and anyone affected by the devastating earthquakes. Apple will be donating to relief and recovery efforts.
— Tim Cook (@tim_cook) February 6, 2023