Argentina polisi vitse-prezident Kristina Fernandes de Kirşnerə hücum edən Fernando Sabaq Montielin nişanlısını həbs edib.
Fernandonun nişanlısı Brenda Uriartenin vitse-prezidentə hücumda əli olduğu bildirilir. O, şübhəli şəxs qismində həbs edilib. Videogörüntülərdən müəyyən edilib ki, Montiel Fernandes de Kirşnerin evinə nişanlısı ilə birlikdə gəlib.
Xatırladaq ki, Montiel Buenos-Ayresdəki evinin qarşısında vitse-prezidentə hücum edib. O, Kristina Kirşnerin tərəfdarlarının izdihamı arasında olub və vitse-prezidentə çox yaxınlaşaraq silahı doğrultmağı bacarıb. Silahdan atəş açılmayıb və siyasətçi xəsarət almayıb.
Fernando Sabaq Montielin 20 ildən artıqdır Argentinada yaşayan 35 yaşlı Braziliya vətəndaşı olduğu ortaya çıxıb.
Mənbə: TASS