İngiltərə Premyer Liqasında XXXVI turunda çempionluğa iddiaçı “Arsenal” məğlubiyyətlə üzləşib.
Oxu.Az xəbər verir ki, London klubu öz meydanında “Brayton”a böyük hesabla uduzub – 0:3.
36 matçda 81 xal toplayan “Arsenal” ikinci pillədədir və lider “Mançester Siti”dən 4 xal geri qalır.
“Şəhərlilər”in qarşıda 3 oyunu var. Növbəti turda “Mançester Siti” qalib gəlsə, çempion olacaq.
19:13
İngiltərə Premyer Liqasında XXXVI tur davam edir.
Oxu.Az xəbər verir ki, lider “Mançester Siti” “Everton”un qonağı olub. Matç Pep Qvardiolanın komandasının qələbəsi ilə başa çatıb – 3:0
“Şəhərlilər”ə qələbə qazandıran qolları dubl edən İlkay Gündoğan və Erlinq Holann vurublar.
Qələbə sayəsində “Mançester Siti” ən yaxın izləyicisi “Arsenal”la xal fərqini 4-ə yüksəldib. Komandanın 85 xalı var.