ARTE telekanalı Azərbaycanın Qarabağda qayıdışı barədə reportaj hazırlayıb

ARTE telekanalı Azərbaycanın Qarabağda qayıdışı barədə reportaj hazırlayıb

Fransa və Almaniyanın birgə televiziya kanalı olan ARTE telekanalı Ermənistanla Azərbaycan arasında baş vermiş 44 günlük müharibədən üç il sonra bölgədəki vəziyyətlə əlaqədar reportaj hazırlayıb.

Müəllif qeyd edir ki, 1990-cı illərdə iki ölkə arasında baş vermiş birinci müharibədə 750 mindən çox Azərbaycan vətəndaşı məcburi köçkün həyatı yaşamalı olub.

“2020-ci ilin payız ayında baş vermiş İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan ordusu itirilmiş torpaqlar üzərində nəzarəti ələ keçirib, lakin tərəflər arasında sülh müqaviləsi imzalanmayıb. Üstəlik ötən ilin sentyabrında sərhəddə gedən döyüşlərdə hər iki tərəfdən onlarla hərbçi həyatını itirib” – reportajda qeyd olunur.

Qeyd edək ki, reportaj ARTE telekanalının saytında yerləşdirilib, sabah isə süjet ARTE telekanalında yayımlanacaq.

Share: