Arvadı türkiyəli fenomenin xəyanət görüntülərini paylaşdı

Arvadı türkiyəli fenomenin xəyanət görüntülərini paylaşdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin ən çox abunəçisi olan “Kafalar” qrupunun üzvü Bilal Hancı xəyanət xəbərləri ilə gündəm olub. Belə ki, “Youtube” bloqeri olan fenomenin xanımı Esin Cepni sosial media hesabından onun qadınla öpüşdüyü anın görüntülərini paylaşıb.

İkiillik həyat yoldaşının xəyanətindən sarsıldığını deyən Esin Çepni “Instagram” hesabından verdiyi açıqlamada ağrısını bu sözlərlə dilə gətirib:

“Hər zaman güclü olmağa çalışdım, hər zaman zahirən sərt olsam da, içim qan ağladı… Bu gecə başımdan qaynar sular töküldü. Səbəbini öz gözlərimlə gördüm. Sizin də görmənizi istəyirəm.

Bədənim o qədər kiçildi ki, ürəyim içimdə əzilir. Gözümə bir anlıq da yuxu girmədi. Belə çıxır ki, heç nə bilmirik. Mən göz qabağında olan xəyanətdə səssizcə əziyyət çəkəcək qədər nəcib deyiləm, məni mühakimə edə bilərsiniz. Saatlarla yatağımda 20 saniyəlik videolara geri verib baxıram, sanki iflic olmuşam. Gizli etmələri bir yana, göz-gözə, dodaq-dodağa mahnı oxuyacaq qədər alçaqdırlar. Bir tərəfdən evli adamın barda əyləndiyi qız, digər tərəfdən boşanma prosesi tamamlanmayan həyat yoldaşım. Mən nə etməliyəm, siz deyin?”

Göz yaşlarına boğulduğu anları da yayımlayan Çepni fiziki və ruhən yaxşı olmadığını vurğulayıb.

Mənbə: NTV

Share: