UEFA Avropa Liqasının qrup mərhələsində II turunun ilk oyunları başa çatıb.
8 qrupda ümumilikdə 15 görüş baş tutub.
A qrupunun “Arsenal” (İngiltərə) – PSV (Niderland) matçı Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar oktyabrın 20-nə təxirə salınıb.
B qrupunda yer alan “Fənərbağça” Fransada “Renn” komandasının qonağı olub. İstanbul klubu əlavə olunmuş dəqiqələrdə vurduğu qolla Fransadan bir xalla qayıtmağı bacarıb – 2:2.
C qrupunda “Roma” doğma azarkeşləri önündə HİK-ə şans verməyib. Matçın 15-ci dəqiqəsindən azlıqda qalan finlər meydanı başıaşağı tərk ediblər – 3:0.
UEFA Avropa Liqası
Qrup mərhələsi, II tur
15 sentyabr
A qrupu
“Budö Qlimt” (Norveç) – “Sürix” (İsveçrə) 2:1
B qrupu
“Dinamo” (Kiyev, Ukrayna) – AEK (Larnaka, Kipr) 0:1
“Renn” (Fransa) – “Fənərbağça” (Türkiyə) 2:2
C qrupu
“Betis” (İspaniya) – “Lüdoqorets” (Bolqarıstan) 3:2
“Roma” (İtaliya) – HİK (Finlandiya) 3:0
D qrupu
“Braqa” (Portuqaliya) – “Yunion” (Berlin, Almaniya) 1:0
“Yunion” (Belçika) – “Malmö” (İsveç) 3:2