Avropa Liqası: “Roma”nın finaldakı rəqibi “Sevilya” oldu

Avropa Liqası: “Roma”nın finaldakı rəqibi “Sevilya” oldu

Avropa Liqasında ikinci finalçı “Sevilya” olub.

Oxu.Az xəbər verir ki, Əndəlusiya təmsilçisi yarımfinalda İtaliyanın “Yuventus” klubunu mübarizədən kənarlaşdırıb.

Səfərdə 1:1 hesablı heç-heçə edən ispanlar öz meydanında da eyni hesablı bərabərliyə razılaşıblar. Əlavə olunmuş dəqiqələrdə isə “Sevilya” daha bir qol vuraraq yekun hesabda 3:2 üstün olub.

İspaniya klubunun finaldakı rəqibi digər İtaliya təmsilçisi “Roma” olacaq. Mayın 31-də keçiriləcək qarşılaşma Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da təşkil olunacaq.

01:05

UEFA Avropa Liqasında ilk finalçı bəlli olub.

Oxu.Az xəbər verir ki, “Roma” həlledici oyunda iştirak etmək hüququ qazanıb.

“Canavarlar” buna yarımfinalın cavab oyununda Almaniyada “Bayer”lə (Leverkuzen) qolsuz heç-heçə etməklə nail olublar.

İlk görüşdə 1:0 hesablı qələbə qazanan Joze Mourinyonun komandası finala çıxıb. Həlledici matçda “Roma”nın rəqibi ya “Sevilya”, ya da “Yuventus” olacaq.

Turində 1:1 hesablı heç-heçəyə razılaşan kollektivlər Sevilyada da güclünü müəyyənləşdirə bilməyiblər. Yenə qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb və əlavə vaxta ehtiyac yaranıb.

Share: