Avropa ölkələri canavarların mühafizəsini dayandırır

Avropa ölkələri canavarların mühafizəsini dayandırır

Avropa Komissiyası canavarların mühafizə edilən heyvan statusundan məhrum edilməsini nəzərdən keçirir.

Qeyd olunur ki, bu yırtıcı heyvanların yaşayış şəraiti qismən yaxşılaşdıqdan və onların qidaya çıxışı asanlaşdıqdan sonra canavarlar Avropa İttifaqı dövlətlərinin ərazisində çoxalmağa başlayıblar.

Brüssel artıq yerli hakimiyyət orqanlarına müraciət ünvanlayaraq canavarların mal-qara və fermerlərə hücumlarını dayandırmaq üçün tədbir görməyə çağırıb.

Məlumatda bildirilir ki, xüsusilə Alp dağlarında canavarların sayı artaraq təbii tarazlığı pozur, kənd təsərrüfatına və turizmə təhdid yaradır.

Mənbə: Euronews

Share: