Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol matçları keçiriləcək.
Oxu.Az xəbər verir ki, İngiltərə Premyer Liqasında lider “Mançester Siti” öz meydanında “Lids”i sınağa çəkəcək. Matç saat 18:00-da (bütün saatlar Bakı vaxtı ilə göstərilib – red.) başlayacaq. Eyni vaxtda “Bornmut” – “Çelsi” və “Tottenhem” – “Kristal Pelas” görüşləri də start götürəcək. “Liverpul” – “Brentford” qarşılaşması isə saat 20:30-da başlayacaq.
Fransa Liqa 1-də lider PSJ-nin ən yaxın izləyiciləri – “Lans” və “Marsel” birincilərin meydanında münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşmanın start fiti saat 23:00-da səslənəcək.
Almaniya Bundesliqasında lider “Bavariya” meydana çıxacaq. Münhen təmsilçisi saat 20:30-da start götürəcək matçda “Verder”in qonağı olacaq.
İtaliya A Seriyasında “Milan” “Latsio”nu qəbul edəcək, “İnter” isə “Roma”nın qonağı olacaq. Oyunlar müvafiq olaraq, 17:00 və 20:00-da start götürəcəklər.
Türkiyə Super Liqasında “Qalatasaray” və “Fənərbağça”dan uzaq düşmək istəməyən “Beşiktaş” “Antalyaspor”un qonağı olacaq. Qarşılaşma saat 20:30-da başlayacaq.
6 may
İngiltərə Premyer Liqası
18:00. “Bornmut” – “Çelsi”
18:00. “Mançester Siti” – “Lids”
18:00. “Tottenhem” – “Kristal Pelas”
20:30. “Liverpul” – “Brentford”
Fransa Liqa 1
23:00. “Lans” – “Marsel”
Almaniya Bundesliqası
20:30. “Verder” – “Bavariya”
İtaliya A Seriyası
17:00. “Milan” – “Latsio”
20:00. “Roma” – “İnter”
Türkiyə Super Liqası
20:00. “Antalyaspor” – “Beşiktaş”
Faiq Tahirov