Oktyabrda avro zonasında illik inflyasiya tarixdə ilk dəfə olaraq 10,7%-ə çatıb.
İstehlak qiymətləri indeksi sentyabrda 9,9%-dən 10,7%-ə yüksəlib. Artım əsasən enerji qiymətləri hesabına baş verib (bu kateqoriyada illik inflyasiya 41,9%, sentyabrda 40,7%) olub.
Avrozona ölkələri arasında inflyasiya ən çox Baltikyanı ölkələrdə (Estoniyada 22,4%, Litvada 22%, Latviyada 21,8%), ən aşağı inflyasiya isə Maltada (7,5%) və Finlandiyada (8,3%) müşahidə olunub.
Qeyd edək ki, bölgə iqtisadiyyatının üçüncü rüb üçün artımı ikinci rübdəki 0,8% ilə müqayisədə 0,2% səviyyəsində qiymətləndirilir.
Mənbə: eurointegration.com.ua