Göygöldə avtomobillərinə konstruksiya dəyişikliyi edən sürücülər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları tərəfindən rayon ərazisində keçirilən tədbirlərlə avtomobillərində konstruksiya dəyişikliyi edən, dövlət qeydiyyat nişanı olmadan və ya sərxoş halda hərəkətdə olan sürücülərin nəqliyyat vasitəsiləri saxlanılaraq DYPB-nin müvəqqəti duracağına gətirilməsi təmin edilib.
Polis əməkdaşları qayda pozuntusuna yol verən gənclərlə izahedici söhbətlər apararaq, yol hərəkəti qaydalarına ciddi riayət edilməsinin vacibliyini çatdırıblar. Bundan başqa polis əməkdaşları rayon ərazisində bir neçə avtomobildə ixrac qazlarının normadan artıq olmasını da müəyyən edib.
Monitorinq zamanı 15-ə yaxın sürücü barəsində inzibati tədbir görülüb, bir nəfər barəsində isə protokol tərtib olunaraq məhkəməyə göndərilib.